Beynəlxalq Qırmızı Xaç Komitəsi üç nəfərə məxsus insan qalıqlarını İsrailə təhvil verib.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə “Associated Press“ məlumat yayıb.
Məlumatda deyilir ki, İsrail ordusunun nümayəndəsi bildirib ki, qalıqlar hələ də ekspertiza mərhələsindədir və onların girovlara aid olub-olmadığı təsdiqlənməyib.
Qalıqların təhvil verilməsi, İsrailin Qəzza hakimiyyətinə 30 fələstinlinin cəsədini qaytarmasından sonra baş tutub.
"Cebheinfo.az"