Noyabr ayında anadan olan nüfuzlu iqtidar təmsilçilərinin arasında Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev də var. Əli müəllim 1958-ci il noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub.
Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məmmədov isə 1981-ci ildə dogulduğu üçün noyabrın 11-də 4-ləri qoşalayacaq.
Baş prokuror Kamran Əliyev də noyabrda anadan olan hakimiyyət nümayəndələrindəndir. 18 noyabr Kamran müəllim üçün əlamətdar gün sayılır. Həmin gün Kamran Əliyev 60 illik yubileyini qeyd edəcək.
Noyabr ayı Energetika naziri Pərviz Şahbazov üçün də xüsusi əhəmiyyət daşıyır. Ayın 24-də baş energetikimizin 56 yaşı tamam olacaq.
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) direktoru Vüqar Əliyev də əqrəb bürcü altında doğulub. Vüqar müəllimin doğum tarixi 27 noyabr 1968-ci ildir.
Baş nazir Əli Əsədov isə noyabrın sonuncu günü anadan olub. Ayın 30-da hökumətimizin başçısı ömrünün 70-ci payızına qədəm qoyacaq.
Mətbuat.az saytı noyabrda doğum günü olacaq bu şəxsləri ürəkdən təbrik edir, onlara çətin və məsuliyyətli vəzifələrində uğurlar arzulayır. Məşhur mahnıda deyildiyi kimi, yaşın nə fərqi var... Bəli, əsas olan sağlam ruh, aşıb-daşan enerjidir. Enerjiniz tükənməsin! Zaur Əliyev / Metbuat.az