RU

Qəzzada şiddətli döyüşlər gedir: Bu şəhər qatı tüstüyə bürünüb

BMT Təhlükəsizlik Şurasının Fələstin anklavına daha çox yardım çağırışından, lakin atəşkəs tələb etməkdən imtinasından sonra İsrail Qəzzanın şimalına tam nəzarət etmək üçün hücumunu davam etdirir.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qəzzanın şimalında yerləşən Cəbəliyyə şəhəri qatı tüstüyə bürünüb. Sakinlər İsrail tanklarının davamlı olaraq atəş açdığını və şəhərin dərinliklərinə doğru irəlilədiklərini bildirdilər.

HƏMAS-ın silahlı qanadı Əl-Qəssam Briqadaları bölgədə İsrailə məxsus 5 tankı məhv edərək, onların ekipajını öldürüb və yaralayıb.
İsrailin yüksək səviyyəli hərbi sözçüsü bildirib ki, onun qüvvələri Qəzzanın şimalında demək olar ki, əməliyyat nəzarətinə nail olub və əsas diqqəti cənuba yönəldərək, qurudan hücumlarını zolağın digər ərazilərinə də genişləndirməyə hazırlaşır.

Избранный
337
6
publika.az

10Источники