Qazaxıstan 2028 və 2029-cu illərdə Konfrans Liqasının final oyunlarına ev sahibliyi etmək üçün UEFA-ya ərizə təqdim edib.
Fanat.Az xəbər verir ki, məlumatı UEFA-nın rəsmi saytı yayıb.
Məlumatda Astana və Almatıdakı stadionlar potensial yerlər kimi göstərilib, lakin yekun təklifə yalnız bir arena daxil ediləcək.
Qazaxıstandan başqa, 2028 və 2029-cu illərdə UEFA Konfrans Liqasının final oyunlarına ev sahibliyi etmək üçün aşağıdakı ölkələr da iddialıdır: Fransa, Macarıstan, İtaliya, Polşa, Finlandiya.
UEFA 2028 və 2029-cu illərdə Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası və Qadınlar arasında Çempionlar Liqasının final oyunlarına ev sahibliyi etmək istəyən 15 milli federasiyadan müraciət aldığını vurğulayıb.
Mirağa