"Real Madrid"in hücumçusu Endrikin yanvar ayında komandanı tərk edəcəyi gözlənilir.
Offsideplus.az xəbər verir ki, braziliyalı futbolçu "Lion"a qoşulmaq istəyir. Tərəflər arasında danışıqlar müsbət irəliləyir.
Keçid icarə əsasında baş tutacaq.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
19 yaşlı Endrik cari mövsüm "Real Madrid"in heyətində bir oyuna çıxa bilməyib. O, daha çox meydanda ola bilmək üçün klubunu dəyişməkdə qərarlıdır.
Oyunçunun gələcəyi haqda yekun qərar növbəti həftə veriləcək.