BAKI, 1 noyabr. TELEQRAF
“İndiki halda İran və ABŞ arasında danışıqlar və sövdələşmə haqqında düşünmək olmaz”.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin üzvü Əhməd Ariayi-Nejad deyib.
“Qan həmişə qılınca qalib gəlir. Əlbəttə, maddi baxımdan götürsək, qılınc kəsici silahdır və insanları məhv edə bilər, amma qan qılınca qalib gəlir”, - o qeyd edib.
Ariayi-Nejad ABŞ Prezidenti Donald Trampın İrana yönəlik siyasətini tənqid edib:
“Trampın nəzərində olan şey razılaşma deyil, məcburetmədir və mövcud şəraitdə heç bir halda ABŞ ilə danışıqlar və sövdələşmə haqqında düşünmək olmaz”.