RU

Bu payızda süfrənizdə olmalıdır: feyxoanın bədənə təsiri

"Gündəlik yod ehtiyacını ödəmək üçün iki yetişmiş feyxoa yemək kifayətdir".

Ölkə.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə biotexnoloq Yelena Alekseyenko deyib:

“Bu meyvə yod tərkibinə görə giləmeyvələr arasında liderdir. Növündən asılı olaraq, 100 qram feyxoa pulpasında 40–60 mq yod birləşməsi olur”.

Professorun sözlərinə görə, feyxoanı ən faydalı şəkildə təzə halda yeməkdir: "Meyvəni iki yerə bölüb içini qaşıqla yemək tövsiyə olunur. Pulpa hissəsində ən çox faydalı maddələr cəmlənir. Feyxoanın qabığı da yeyilə bilər, çünki lif və antioksidantlarla zəngindir. Lakin bəzi insanlarda qabıq acılığa görə selikli qişanı qıcıqlandıra və xoşagəlməz hiss yarada bilər. Buna görə də bu meyvə çox vaxt qabıqsız şəkildə yeyilir.

Feyxoanı dondurmaq, şəkərlə əzmək, qurudmaq, ondan mürəbbə və ya kompot bişirmək olar. Ən çox faydanı saxlamaq üçün sürətli dondurma və dondurucuda saxlamaq daha məqsədəuyğundur".

Həmidə İbrahimova

Избранный
62
2
olke.az

3Источники