Bir toxunuşla avtomobilin dəmir hissəsi əyilir. Belə kadrlara demək olar ki, son illərdə tez-tez rast gəlirik. Xüsusən də yeni nəsil avtomobillərin bəzilərində dəmirin daha nazik və zəif olması ilə bağlı çoxlu video və paylaşımlar edilir. Maraqlıdır, istehsalçı ölkədən asılı olmayaraq yeni nəsil avtomobillərin dəmirləri niyə belə zəifdir?
Bəs dəmirin belə zəif olmasını qəza zamanı daha çox xəsarətlə nəticələnə bilərmi?
Xezerxeber.az-ın məlumatına görə, mütəxəssislərin fikrincə, müasir avtomobillərdə istifadə edilən materiallar əvvəlki kimi qalın olmasa da, texnologiya baxımından daha davamlı və təhlükəsizdir.
Ustalar deyirlər ki, bu gün avtomobillərin gövdəsinin nazik görünməsi, onların keyfiyyətsiz olması anlamına gəlmir. Əksinə, bu, həm yanacağa qənaət, həm də qəza zamanı daha az xəsarət riski deməkdir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.