Ağdaş rayonunda evdən kişi meyiti tapılıb.
"Cebheinfo.az" xəbər verir ki, hadisə rayonun Bulaqotağı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1972-ci il təvəllüdlü Natiq İsmayılov yaşadığı evində ölmüş vəziyyətdə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"