RU

Rusiyadan Avropa İttifaqına ittiham Terrorizmə sponsorluq edir

Bakivaxti saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Avropa İttifaqı Kiyev rejimini maliyyələşdirməyə davam etməklə beynəlxalq terrorizmə dövlət sponsorluğu ilə məşğul olur".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.

Diplomatdan Avropa Komissiyasının Rusiya aktivlərinin ekspropriasiyası ilə bağlı qərarını təxirə sala biləcəyi və müvəqqəti tədbir kimi Belçikanın və bir sıra digər Aİ ölkələrinin etirazına görə Kiyevə kreditin 6 ay müddətinə təsdiqlənməsi ilə bağlı xəbərləri şərh etməsi istənilib.

"Aİ hər gün bir məsələ ilə məşğuldur: Kiyev rejiminə daha çox pul yatırmaq. Bu, onların öz dilindən desək, terrorizmə sponsorluqdur. Şəxsi deyil, dövlətin beynəlxalq terrorizmə sponsorluğudur. Onların etdikləri belədir",- Zaxarova deyib./teleqraf

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
35
2
bakivaxti.az

3Источники