RU

PSJ əlavə vaxtda qol vurub, qələbə qazandı

Fransa çempionatının 11-ci turunda çempion PSJ Parisdə "Nitsa" ilə qarşılaşıb. 

"Unikal" xəbər verir ki, ispan Luis Enrikenin rəhbərlik etdiyi komanda 1:0 hesabı ilə qalib gəlib. 

Əlavə olunmuş vaxtın 5-ci dəqiqəsində gürcüstanlı yarımmüdafiəçi Xviça Kvaratsxeliyanın ötürməsindən portuqaliyalı hücumçu Qonçalo Ramos səmərəli istifadə edib.

PSJ hazırda 24 xalla lider, "Nitsa" 17 xalla 8-cidir.

Ağarza Elçinoğlu 

Избранный
37
2
unikal.az

3Источники