RU

Röya Ayxan ikigünlük konsert proqramı başa çatıb

BAKI, 1 noyabr. TELEQRAF

Xalq artisti Röya Ayxanın Heydər Əliyev Sarayında konsert proqramı baş tutub.

Teleqraf xəbər verir ki, Röya Ayxan konsert proqramında sevilən mahnılarını ifa edib.

“Bu il mənim üçün çox önəmli oldu. Mahnılarım söz-söhbətlərdən və yaşanmış hekayələrdən daha çox diqqət çəkdi. "Ağlama" mahnısından sonra başa düşdüm ki, bütün əsərlərim yaşayacaq. Yaradıcılığımın 25 ili ərzində 300-dən çox mahnı ifa etmişəm və onların 250-dən çoxu məşhurlaşaraq dinləyicilərin sevimlisinə çevrilib",-deyə Xalq artisti əlavə edib.

Qeyd edək ki, Xalq artistinin Heydər Əliyev Sarayında baş tutan ikigünlük konserti başa çatıb.

Избранный
56
teleqraf.com

1Источники