2025-ci ildə ərzaq qiymətləri indeksinin 6% azalacağı, 2026 və 2027-ci illərdə isə sabit qalacağı proqnozlaşdırılır. Ajans.az "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında qeyd edilib. Məlumata görə, bütün əsas qida məhsullarının – taxıl, yağ və yem, həmçinin digər ərzaq məhsullarının illik qiymətləri əvvəlki ilin səviyyəsindən 1-2% fərqlənəcək. Qlobal taxıl tədarükünün 2025–2026-cı illərdə uzunmüddətli artım tendensiyasına qayıdacağı gözlənilir. Yüksək məhsuldarlıqdan və ixrac məhdudiyyətlərinin yumşaldılmasından sonra 2025-ci ildə düyünün qiymətindəki 31% ucuzlaşma 2026-cı il üçün də xarakterik olacaq. Düyünün dəyəri 2026-cı ildə daha 1% azalacaq, 2027-ci ildə isə 2% artacaq. Buğdanın qiymətinin 2025-ci ildə 7% enəcəyi, 2026 və 2027-ci illərdən isə 4% artacağı gözlənilir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта