RU

Rumıniyada tikinti zamanı Qədim Roma şəhərinin qalıqları üzə çıxdı

Ajans.az g4media.ro saytına istinadən xəbər verir ki, tapıntılar imperator Trayanın hakimiyyəti dövrünə aiddir. Məlumata görə, şəhərdə avtobus deposunun tikintisi aparılan zaman Trayanın dövrünə məxsus yaşayış məntəqəsinə aid binaların və küçələrin qalıqları müəyyən edilib. Arxeoloqların fikrincə, mükəmməl döşənmiş plitələr üzərində qədim şəhər hiss olunur. Tədqiqatçılar, həmçinin ərazidə varlı elitanın həyatına dəlalət edən yazılar tapıblar. Arxeoloq Radu Ota vurğulayıb ki, bu yer ümumbəşəri dəyərə malikdir və Avropanın ən əhəmiyyətli abidələri sırasındadır.

Xəbərdə bilidirilir ki, Aureliya Apulensis koloniyası eramızın 107-108-ci illərində qurulub. Sözügedən yaşayış məntəqəsi Dakiya bölgəsinin əsas mərkəzlərindən biri olub.

Избранный
24
1
Ajans.az

2Источники