RU

Mağazada dəhşətli yanğın - 22 nəfər həlak oldu 

Meksikanın şimal-qərbindəki Hermosillo şəhərindəki bir mağazada baş verən yanğında dörd uşaq da daxil olmaqla ən azı 22 nəfər ölüb.


Manset.az xəbər verir ki, məlumatı "El Universal" qəzeti  yayıb. Qəzetin yazdığına görə, daha 12 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və xəstəxanaya aparılıb. Yanğının partlayış nəticəsində baş verdiyi bildirilir.

Qəzet yanğınsöndürmə şöbələrinə istinadən xəbər verir ki, yanğın mağazanın girişində başlayıb və bir çox alıcı içəridə qalıb. Yanğın lokallaşdırılıb və qonşu binalara yayılmasının qarşısı alınıb.

Sonora əyalətinin hakimiyyət orqanları hadisə ilə bağlı araşdırma başlayıb.

Regional qubernator Alfonso Durazo qurbanların ailələrinə başsağlığı verib və yaralılara yardım göstərilməsi barədə göstəriş verib. Hermosillo şəhərinin bələdiyyə orqanları Ölülər Günü festivalı üçün planlaşdırılan mədəni tədbirləri ləğv edib.


Избранный
31
1
manset.az

10Источники