RU

KİV: Bayden xəstələndiyi üçün seçkilərdən çəkildi

BAKI, 2 noyabr. TELEQRAF

ABŞ prezidenti Co Baydenin 2024-cü ildə koronavirusa yoluxması onun siyasi taleyini dəyişən hadisələrdən biri olub.

Teleqraf xəbər verir ki, bu barədə jurnalist Conatan Karl Baydenin müşavirinin sözlərinə istinadən “Qisas: Donald Tramp və Amerikanı dəyişən kampaniya” adlı kitabında yazıb.

Bildirilib ki, 2024-cü ilin iyulunda Bayden seçki kampaniyasının qızğın vaxtında prezidentliyə namizədliyini geri çəkdiyini açıqlayıb. Bundan bir qədər əvvəl onun koronavirusa yoluxduğu və sağlamlığında, xüsusilə idrak funksiyalarında problemlər yarandığı bildirilmişdi.

Müşavir bildirib: “Tanrı bizə müəyyən siqnallar göndərirdi, sonra isə ona sillə vurdu – COVID-ə yoluxdurdu”.

Karl qeyd edib ki, Bayden xəstə olduğu üçün namizədliyini geri çəkmə qərarını televiziya vasitəsilə elan etməyib:

“Onun komanda üzvləri yazılı bəyanat yaymaq və bir neçə gün sonra xalqa müraciət etmək qərarına gəldilər”.

Baydenin yarışdan çəkilməsindən sonra onun yerinə vitse-prezident Kamala Harris Demokratlar Partiyasının namizədi kimi seçkilərdə iştirak edib, lakin Donald Trampa məğlub olub.

Избранный
51
teleqraf.com

1Источники