Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Vladimir Putin və Donald Tramp arasında tez bir zamanda təşkil olunmuş görüş mümkündür, lakin buna təcili ehtiyac yoxdur.
Axar.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Hipotetik olaraq, bu mümkündür, lakin hazırda buna ehtiyac yoxdur”, - Peskov əlavə edib.
Qeyd edək ki, Rusiya və ABŞ prezidentləri oktyabrın 16-da baş tutan söhbətdən sonra Budapeştdə görüşmək barədə razılığa gəliblər. Lakin oktyabrın 23-də Tramp sammitin qeyri-müəyyən müddətə təxirə salındığını elan edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.