RU

“Thodex”in qurucusu Faruk Fatih Özer həbsxanada ölü tapıldı

Türkiyədə dələduzluqda təqsirli bilinən “Thodex Exchange”in qurucusu Faruk Fatih Özer həbsxana kamerasında ölü tapılıb.

Doğru.az xəbər verir ki, NTV-nin məlumatına görə, Özer intihar edib. Hazırda prokurorluq hadisə ilə bağlı araşdırma aparır.

Qeyd olunur ki, 2023-cü ildə Türkiyə məhkəməsi Faruk Fatih Özeri dələduzluq və bir sıra digər cinayətlərə görə 11 196 il həbs cəzasına məhkum etmişdi.

Önəmli xatırlatma: Keçən il Nyu-York həbsxanasında bir məhbus mühafizəçilər tərəfindən döyülərək ölmüşdü.

DOĞRU.AZ

Избранный
47
1
dogru.az

2Источники