RU

Messi MLS tarixində ilkə imza atdı

38 yaşlı Lionel Messi bu təqvim ilində bütün yarışlarda 40 qol vurub.

Moderator.az bu barədə "Euro-football" nəşrinə istinadən xəbər verir.

Hücumçu MLS müntəzəm çempionatında "Neşvill"lə keçirilən pley-off matçında "İnter Mayami"nin heyətində qol vuraraq 40 qol həddinə çatıb.

Bununla da argentinalı ulduz MLS tarixində bütün yarışlarda bir ildə 40 qol vuran ilk oyunçu olub. Əvvəllər MLS-dən heç kim bir ildə 38-dən çox qol vurmamışdı.

Избранный
35
5
moderator.az

6Источники