RU

Salah “Liverpul” tarixində daha bir rekorda imza atdı

“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının 10-cu turunda “Aston Villa” ilə keçirilən oyunda (2:0) fərqlənərək klubun əfsanələri ilə bir sıraya yüksəlib.

90deqiqe.Az “Squawka”ya istinadən xəbər verir ki,  misirli futbolçu “Liverpul” tarixində 250 qol həddini keçən üçüncü oyunçu olub. Ondan əvvəl bu göstəriciyə yalnız İan Raş (346 qol) və Rodjer Hant (285 qol) çata bilmişdilər.

Cari mövsümdə Salah bütün turnirlərdə 14 oyunda iştirak edib, 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

33 yaşlı hücumçunun “Liverpul”la mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri təxminən 45 milyon avrodur.

Избранный
33
90deqiqe.az

1Источники