RU

Tatlısəs oğlundan şikayətçi oldu, məhkəmə qərar verdi

Türkiyəli müğənni İbrahim Tatlısəsin oğlu Ahmet Tatlısəs barəsində məhkəmə qərar qəbul edib.

Məhkəmə Tatlısəsin tələbi əsasında oğluna atasına yaxınlaşmağı qadağan edən qərar çıxarıb. İzmir 2-ci Ailə Məhkəməsinin qərarına əsasən, Ahmet atasına 3 kilometrdən artıq məsafəyə yaxınlaşa bilməyəcək.Bunun üçün Ahmet elektron qolbaq taxacaq. Bununla da o atasına yaxınlaşarsa, bu barədə məlumat hüquq-mühafizə orqanlarına daxil olacaq və onlar belə bir halın yaşanmasına mane olacaqlar.

Qeyd edək ki, Tatlısəs prokurorluğa müraciətində oğlunun onu təhdid etdiyini bildirib.

Избранный
12
5
news365.az

6Источники