“Bavariya”nın hücumçusu Harri Keyn karyerasını “Barselona”da davam etdirə bilər.
90deqiqe.Az “Sport.es”ə istinadən xəbər verir ki, İspaniya nəhəngi artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.
İngiltərəli forvard İspaniyaya keçid variantına müsbət yanaşır. 2026-cı ilin yayında 32 yaşlı futbolçunun müqaviləsində 65 milyon avroluq azadlıq maddəsi qüvvəyə minəcək. Kataloniya təmsilçisi 37 yaşlı Robert Levandovskinin əvəzləyicisi kimi Keyni transfer etməyi nəzərdən keçirir.
Eyni zamanda, oyunçunun “Barselona”ya mümkün keçidi klubun maliyyə vəziyyətindən asılı olacaq.
Hücumçuya “Tottenhem” də maraq göstərir — londonlular sabiq futbolçularını geri qaytarmaq istəyir. Bundan başqa, Səudiyyə Ərəbistanının bir neçə klubu da Keyni transfer etmək niyyətindədir.
Hazırkı mövsümdə Harri Keyn bütün turnirlərdə 15 matçda iştirak edib, 22 qol vurub və 3 məhsuldar ötürmə verib. Futbolçunun “Bavariya” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt məlumatına əsasən, oyunçunun bazar dəyəri 75 milyon avro təşkil edir.