RU

Türkiyə Qəzza üzrə beynəlxalq toplantıya ev sahibliyi edəcək

BAKI, 2 noyabr. TELEQRAF

Sabah İstanbulda Türkiyənin xarici işlər naziri Hakan Fidanın sədrliyi ilə “Qəzza Zirvəsi” keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Zirvədə Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Qətər, Pakistan, Səudiyyə Ərəbistanı və İordaniya xarici işlər nazirlərinin iştirak edəcəyi gözlənilir.

Məlumata əsasən, toplantıda Qəzzada atəşkəsin davam etdirilməsi, bölgədəki humanitar vəziyyət və beynəlxalq ictimaiyyətin bu istiqamətdə atacağı addımlar müzakirə olunacaq.

Diplomatik mənbələr bildiriblər ki, “Qəzza Zirvəsi”nin məqsədi bölgədə davam edən humanitar böhrana qarşı İslam ölkələrinin birgə mövqeyini formalaşdırmaq və beynəlxalq səviyyədə koordinasiyanı artırmaqdır.

Избранный
30
1
teleqraf.com

2Источники