RU

Dünya liderlərinin ilginc keçmişi: dondurma satan, təmizlikçi, sürücü... SİYAHI

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Dünya liderlərinin keçmiş işləri məlum olub. 

Globalinfo.az xəbər verir ki, bununla bağlı Türkiyənin “Haber 7” nəşri maraqlı siyahı hazırlayıb.

Həmin siyahını təqdim edirik:

1) Saddam Hüseyn (İraqın keçmiş prezidenti)

Əvvəlki işi: Siyasi fəal və Baas Partiyası üzvü; gənc yaşlarından etibarən partiyanın kadr siyasətində iştirak edib, ordu və siyasi strukturlarda yüksəlib.

2)Si Cinpin (Çin sədri)

Əvvəlki işi: Partiya funksioneri, gənclik dövründə kənd işçisi

3)Bəşər Əsəd (Suriyanın keçmiş prezidenti)

Əvvəlki işi: Oftalmoloq (göz həkimi); bu sahə üzrə təhsil alıb və bir müddət peşəkar fəaliyyət göstərib.

4) Boris Conson (Böyük Britaniyanın sabiq baş naziri)

Əvvəlki işi: Jurnalist, yazıçı və siyasətçi

5)Papa Fransisk (əvvəlki Roma Papası)

Əvvəlki işi: Gecə klubu mühafizəçisi

6) Nikolas Maduro (Venesuela prezidenti)

Əvvəlki işi: Avtobus şoferi

7)Nikolas Sarkozi (Fransanın sabiq prezidenti)

Əvvəlki işi: Təmizlikçi

8)Emmanuel Makron (Fransa prezidenti)

Əvvəlki işi: Bankir, maliyyə meneceri

9)Donald Tramp (ABŞ Prezidenti)

Əvvəlki işi: Biznesmen, boş şüşə qab yığıcısı

10) Narendra Modi (Hindistanın baş naziri)

Əvvəlki işi: Çay satıcısı

11) Barak Obama (ABŞ-ın keçmiş prezidenti) 

Əvvəlki işi: Dondurma satıcısı

12) Rəcəb Tayyib Ərdoğan (Türkiyə prezidenti)

Əvvəlki işi: Simit, limon satıcısı, futbolçu

13) Volodimir Zelenski (Ukrayna prezidenti)

Əvvəlki işi: Aktyor

14) Vladimir Putin (Rusiya prezidenti)

Əvvəlki işi: KQB agenti (Sovet İttifaqı kəşfiyyat xidməti), hüquqşünas

Safura Bənnayeva

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
30
1
globalinfo.az

2Источники