Rusiyalı tennisçi, dünya reytinqində 95-ci pillədə qərarlaşan Anna Blinkova Çinin Czuczyan şəhərində keçirilən WTA-250 turnirinin qalibi olub.
90deqiqe.Az xəbər verir ki, final görüşündə Blinkova Avstriya təmsilçisi, WTA reytinqində 235-ci yerdə qərarlaşan Lilli Taqqeri 6:3, 6:3 hesabı ilə məğlub edib.
Matç 1 saat 41 dəqiqə davam edib.
Bu qələbə rusiyalı tennisçinin karyerasında ikinci titul, həm də 2022-ci ildən bəri ilk uğuru olub. Turnirin yekununa əsasən, Blinkova dünya reytinqinin ilk 70-liyinə daxil olacaq.