RU

“Ferrari”nin növbəti hədəfi məlum oldu

“Ferrari” rəhbərliyi “Mercedes” komandasının britaniyalı pilotu Corc Rassellə yaxından maraqlanır.

90deqiqe.Az “Corriere della Sera”ya istinadən xəbər verir ki, “Mercedes” komandasının rəhbəri Toto Volf 2026-cı il mövsümünün sonunda “Red Bull”un dördqat dünya çempionu Maks Verstappeni heyətə qata bilsə, o halda 27 yaşlı pilotçu komandadan ayrılaraq “Ferrari”yə keçə bilər. Belə ssenaridə o, Şarl Lekler və ya Luis Hemiltondan birini əvəz edə bilər.

Rassell 2022-ci ildən “Mercedes” komandasının əsas pilotudur. O, 2019–2021-ci illərdə “Uilliams” komandasının tərkibində çıxış edib. Hazırda 2025 mövsümünün 20 mərhələsindən sonra britaniyalı sürücü ümumi sıralamada 4-cü yerdə qərarlaşır.

Избранный
66
90deqiqe.az

1Источники