RU

Belə arıqlamağın böyük təhlükəsi var

Stress səviyyəsinin artması, immunitetin azalması və dəri vəziyyətinin pisləşməsi aşağı kalorili pəhrizlərin nəticələri ola bilər.

“Cebheinfo.az” xəbər verir ki, bunu dietoloq Mila Maslennikova bildirib.

"Kalorilərin normaldan 20%-dən çox və ya baza səviyyəsindən aşağı azaldılması stress və narahatlıq səviyyəsini artıracaq, qida balansını pozacaq və vacib vitamin və mikroelementlərin çatışmazlığına səbəb olacaq. Bu, immunitetin, idrak qabiliyyətlərinin və enerji səviyyələrinin azalmasına gətirib çıxaracaq və dəri sağlamlığına təsir edəcək", - deyə ekspert bildirib.

Dietoloq arıqlama planına başlamazdan əvvəl bazal metabolik sürət (BMR) üçün lazım olan kalori miqdarını Mifflin-St. Jeor düsturundan istifadə edərək hesablamağı tövsiyə edib:

"İstirahətdə olduğunuz zaman yandırılan kalorilər və tənəffüs, həzm, qan dövranı, bədən istiliyinin qorunması, beyin funksiyası və s. üçün sərf olunan enerjidir”.

Mütəxəssis izah edib ki, kalori qəbulunuz hazırkı fiziki fəaliyyətinizlə çəkinizi qorumağa uyğun olmalıdır. Dietoloq qeyd edib ki, təhlükəsiz çəki itirmək üçün kaloriləri 4-20% azaltmaq tövsiyə olunur.

"Məqsədiniz çəki itirməkdirsə, təhlükəsiz çəki itirmək üçün kaloriləri 4-20% azaltmaq tövsiyə olunur", - Maslennikova deyib.

Xəzər

“Cebheinfo.az”

Избранный
35
1
cebheinfo.az

2Источники