RU

Benyamin Netanyahu: “Livandan gələn təhdidlərə dözməyəcək”

İsrail Livandan gələn təhdidlərə dözməyəcək və Hizbullahın yenidən silahlanmasına icazə verməyəcək. 
NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, bunu baş nazir Benyamin Netanyahu Nazirlər Kabinetinin həftəlik iclasında bildirib.
“Biz Livan hökumətindən öz vədlərini yerinə yetirməsini, yəni Hizbullahı tərksilah edəcəyini gözləyirik, lakin atəşkəsdə nəzərdə tutulduğu kimi, özümüzü müdafiə etmək hüququmuzdan istifadə edəcəyik”, – o vurğulayıb.

Siyasətçi əlavə edib ki, İsrail Livanın ona qarşı yeni cəbhəyə çevrilməsinə imkan verməyəcək və lazım gəldikdə hərəkət edəcək.

Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən İsrailə təhvil verilən üç cəsədin israilli girovların qalıqları olmadığı daha əvvəl açıqlanmışdı. Qırmızı Xaç üç cəsədin İsrailə aparıldığını açıqladı, lakin onların girov olma ehtimalı az idi.

Избранный
34
nocomment.az

1Источники