RU

İşsiz Azərbaycan vətəndaşları turist kimi hansı ölkələrə səfər ediblər? – Siyahı


Bu ilin ilk 9 ayı ərzində turizm məqsədilə xarici ölkələrə səfər edən 15 yaşından yuxarı Azərbaycan vətəndaşlarının sayı 852 min 331 nəfər olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xarici ölkələrə səfər edən işsiz Azərbaycan vətəndaşlarının sayı 3 min 80 nəfər təşkil edib.
Qeyd edək ki, işsiz şəxslərin ən çox səfər etdiyi ölkə Gürcüstan olub. Hesabat dövründə bu ölkəyə 1 477 nəfər işsiz vətəndaş səfər edib.
İşsizlərin daha çox üz tutduğu ikinci ölkə Rusiya olub – 525 nəfər. Üçüncü yerdə isə Qazaxıstan qərarlaşıb. Bu ölkəyə 450 nəfər işsiz səfər edib.
İşsiz Azərbaycan vətəndaşlarının xarici ölkələrə turist kimi səfərlərinin statistikası aşağıdakı kimidir:
Gürcüstan – 1 477 nəfər
Rusiya – 525 nəfər
Qazaxıstan – 450 nəfər
BƏƏ – 138 nəfər
Çin – 117 nəfər
Moldova – 85 nəfər
Belarus – 55 nəfər
Polşa – 53 nəfər
Özbəkistan – 44 nəfər
İran – 38 nəfər
Avstriya – 28 nəfər
İsrail – 20 nəfər
Hindistan – 10 nəfər
Lüksemburq – 3 nəfər
Niderland – 2 nəfər
Digər ölkələr – 35 nəfər

Elnur Əli
Избранный
54
yeniavaz.com

1Источники