Misli Premyer Liqasında 10-cu turunda "Turan Tovuz" "Şamaxı"nı qəbul edib.
“İki sahil”in məlumatına görə, oyunun 45-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Rikardo Apolinario hesabı açsa da, 47-ci dəqiqədə Roberto Olabe “Turan Tovuz”un bərabərlik qolunu vurub. 49-cu dəqiqədə isə Joarlem Santos meydan sahiblərini hesabda önə çıxaran qolun müəllifi olub.
Qarşılaşma bu hesabla da başa çatıb.
Misli Premyer Liqası,
10-cu tur
2 noyabr (bazar)
16:00. “Turan Tovuz” 2–1 “Şamaxı”
Qollar: Rikardo Apolinario 45 (0-1), Roberto Olabe 45+2 (1-1), Joarlem Santos, 49 (2-1)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Tovuz şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”