RU

Laricanidən gözlənilməz nüvə açıqlaması: 2 həftə ərzində...

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İranın ali dini lideri Ayətullah Əli Xameneinin müşaviri Cavad Laricani ölkənin qısa müddətdə nüvə bombası istehsal etmək potensialına malik olduğunu açıqlayıb, lakin ölkə rəhbərliyinin dini qadağalarının bu addımı əngəllədiyini vurğulayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Araz News” məlumat yayıb.

Laricani bildirib ki, texniki baxımdan İran iki həftədən də az müddətdə atom bombası hazırlaya bilər. O, eyni zamanda əlavə edib ki, ali dini rəhbər Əli Xameneinin nüvə silahlarının hazırlanmasının qarşısını alan fətvası bu imkanın reallaşmasına yol vermir.

“Ölkə iki həftədən az müddətdə atom bombasına sahib ola bilər, amma biz dinimizə sadiqik”.

O, həmçinin qeyd edib ki, İranın hərbi və texniki qabiliyyətlərinin inkişafını dəstəkləyir, lakin bu fəaliyyətlərin dini və siyasi məhdudiyyətlər çərçivəsində aparılmalı olduğunu vurğulayıb.

Laricani müharibə vəziyyətində hər iki tərəfin müəyyən məhdudiyyətlərə riayət edəcəyini də söyləyib və Xameneyinin fətvasını şiə hüququ tarixində geniş əsaslara malik kimi xarakterizə edib.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
27
globalinfo.az

1Источники