Sumqayıt şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində elektrik lövhəsində yanğın baş verib.
Paralel.az xəbər verir ki , bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yanğın nəticəsində 10 ədəd elektrik sayğacı, 10 ədəd qoruyucu açar və 3 m kabel yanıb.
Yanğın hadisəsi zamanı mənzillər yanğından mühafizə olunub. Hadisə yerinə dərhal yanğından mühafizə bölmələri cəlb olunub və yanğın vaxtında söndürülüb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта