RU

Mustafa Destici: Azərbaycanın Qarabağ zəfəri mübarək!

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyənin Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici və onu müşayiət edən nümayəndə heyəti Azərbaycana səfərdədir.

Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, nümayəndə heyəti səfər çərçivəsində Xocalı Şəhidləri Abidəsini ziyarət edib və dualar oxuyub. Daha sonra Destici və onu müşayiət edən heyət Şuşa şəhərində olub. Siyasətçi Birinci Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, yerli sakinlər və şəhidlərin qohumları ilə görüşüb. Nümayəndə heyəti Xocalıda soyqırımın baş verdiyi əraziləri gəzib.

Türkiyədən gələn qonaqlar Qarabağ Universitetinin rektoru Şahin Bayramovla görüşüblər. Görüş zamanı universitetin elmi işləri və Türkiyədəki ali təhsil müəssisələri ilə əməkdaşlığı müzakirə edilib.

Səfərin sonunda Mustafa Destici Qarabağ zəfərinin ildönümünün yaxınlaşdığını xatırladaraq açıqlama verib:

"Günahsız bir xalq, qadınlar, uşaqlar və yaşlılar sadəcə türk və müsəlman olduqları üçün soyqırıma məruz qalıb və qətlə yetiriliblər. Onlar orada əbədi dinclikdə, üzərində Azərbaycan bayrağı olan qəhrəmanlar kimi uyuyurlar. Azərbaycanın Qarabağ zəfəri mübarək! Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı, Qarabağ Azərbaycandır!", - deyə o bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
63
oxu.az

1Источники