RU

Tovuzda yaşayış evində yanğın olub - YENİLƏNİB

Tovuzda fərdi yaşayış evində başlayan yanğın söndürülüb.

Moderator.az xəbər verir ki, FHN-nin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının qarşısı alınıb.

Yanğın 190 kv metr olan evdə qeydə alınıb. Yanğın zamanı evin 70 kv metri əşyaları ilə birlikdə tamamilə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Məlumata görə, yanğın zamanı ev sahibi evdə olmayıb.

Yanğım hadisə ilə bağlı araşdırmalara başlanılıb.

***

19:54

Xəbərə foto əlavə edilib.

***

19:39

Tovuzda yanğın hadisəsi baş verib.

Hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayonda yerləşən fərdi yaşayış evlərinin birində anidən yanğın başlayıb. Dərhal əraziyə FHN-mim yanğınsöndürmə briqadası cəlb edilib.

Yanğın söndürülməsi istiqamətində işlər gedir.

Избранный
16
18
moderator.az

10Источники