“Satıcını qazancından, alıcını qazanından edən xəstəlik - dabaq. COVID-19 insanları canından edirdisə, bu virus da heyvanların canına düşüb. Dabaq xəstəliyi həm heyvan bazarlarını bağlayıb, həm də insanların iştahasını. İndi çoxları rahatlıqla ət alıb yeməyə çəkinir”.
Bizim.Media xəbər verir ki, bu fikirlər İctimai TV-nin “Xəbər Yekun” proqramında yer alıb.
Aparıcının sözlərinə görə,ölkənin bir çox bölgəsində alıcılıq dayanıb:
“İndi həm ətin qiymətində artım, həm də qıtlıq riski var. Düzdür, hazırda bir sıra ölkələrdən Azərbaycana dondurulmuş ət gətirilir. Qiyməti yerli ətlə müqayisədə ucuz olsa da, dadı və keyfiyyəti eyni deyil. Axı Azərbaycan ətinin öz dadı var. Biz illərlə xaricə gedəndə “bizim ətin dadından yoxdur” deyirdik. İndi isə görünür, elə o xarici dadsız ətlərə möhtac qalacağıq. Hələlik bazarların nə vaxt açılacağı bəlli deyil. Əgər vəziyyət belə davam edərsə, ət qıtlığı yarana bilər. Bəs bu halda süfrələrimizdə ətin yerini nə dolduracaq?”.
Daha ətraflı reportajda:
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта