RU

“Mançester Siti” doğma meydanda “Bornmut”u məğlub etdi

İngiltərə Premyer Liqasının X turunda “Mançester Siti” öz meydanında “Bornmut”u qəbul edib.

90deqiqe.Az xəbər verir ki, “Etihad” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 3:1.

Oyunun 17-ci dəqiqəsində Erlinq Haaland “şəhərliləri” önə çıxarıb. 25-ci dəqiqədə Tayler Adams hesabı bərabərləşdirsə də, 32-ci dəqiqədə Haaland dublunu rəsmiləşdirib. 60-cı dəqiqədə Niko O’Rayli “Siti”nin üçüncü qoluna imza atıb.

Bu qələbədən sonra “Mançester Siti” 19 xalla turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Bornmut” isə 18 xalla dördüncü yerdə qərarlaşıb.

Növbəti turda “şəhərlilər” noyabrın 9-da doğma arenada “Liverpul”u qəbul edəcək, “Bornmut” isə eyni gün səfərdə “Aston Villa” ilə qarşılaşacaq.

Избранный
34
2
90deqiqe.az

3Источники