RU

İstanbul derbisinin qalibi - "Fənərbağça"

Türkiyə Superliqasının 11-ci turunun oyunları davam edir.

90deqiqe.Az-ın məlumatına görə, turun mərkəzi görüşündə "Beşiktaş" öz meydanında "Fənərbağça"la üz-üzə gəlib.

Gərgin keçən matçın ilk hissəsində qalib müəyyənləşməyib. İkinci hissədə hücumlarının sayını artıran "sarı-lacıvərtlilər" 83-cü dəqiqədə Con Duranın vurduğu qolla qələbə qazanıb.

Bu nəticədən sonra "Fənərbağça" 25 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. "Beşiktaş" isə 17 xalla 6-cı pillədə yer alır.

Избранный
48
90deqiqe.az

1Источники