BAKI, 2 noyabr. TELEQRAF
Ermənistanda bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevorq Nersisyan və onun qardaşı oğlu Ambartsum Nersisyan saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə vəkil Ara Zöhrabyan öz Facebook səhifəsində məlumat verib.
Onlar xuliqanlıqda və seçki prosesinə müdaxilədə ittiham olunurlar.
“Bu gün istintaq orqanı 68 yaşlı Gevorq Nersisyan və onun oğlu Ambartsum Nersisyanı sonradan həbs etmək qərarına gəlib” - vəkil qeyd edib.
Oktyabrın 22-də Ermənistanın baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin patriarxal taxt-tacı ələ keçirdiyini açıqlayıb. Siyasətçinin sözlərinə görə, kilsə rəhbəri subaylıq andını pozub.