RU

Mən də onun kimi gənc olanda, indiki halımdan daha çox ağılsız sözlər deyirdim Mourinyo

Sportal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Mourinyo rəhbərliyi altında “Benfika” Portuqaliya çempionatının 10-cu turunda “Vitoriya” üzərində 3:0 hesablı qələbə qazanıb. 56-cı dəqiqədə, hesab 1:0 olarkən, rəqib Fabiu Blankonun qırmızı vərəqə alması ilə azlıqda qalıb.

Sportal.az xəbər verir ki, oyun bitdikdən sonra "Vitoriya"nın baş məşqçisi 36 yaşlı Luiş Pintu hakimlərin idarəçiliyindən narazılığını bildirib:

"Benfika"nın oyunun gedişatının dəyişməsində heç bir payı yoxdur. Düşünürəm ki, hamı baş verənləri açıq şəkildə gördü. Maraqlı oyun zəif tamaşaya çevrildi,” – deyə Pintu "Sport TV"yə müsahibəsində bildirib.

Joze Mourinyo isə mətbuat konfransında Pintuya cavab verib:

“Mən də vaxtilə Luişlə eyni yaşda olmuşam və gənc olanda indiki halıma nisbətən daha çox mənasız sözlər deyirdim. İndi isə daha az.

O, istedadlı gənc məşqçidir, gözəl yolu var. Hər şey yaxşı gedərsə, o, öz məqsədinə çatacaq".

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
44
1
sportal.az

2Источники