RU

Gədəbəylilər kimi saz çalan amerikalı Marta – Video

ABŞ-ın Texas ştatında yaşayan Marta Lavrinin saz çalması görüntüləri maraqla qarşılanıb.

Marta illər öncə magistratura təhsili almaq üçün Bakıya gələn zaman gədəbəyli ailənin evində yaşayıb.

“O ailə mənə o qədər doğma gəldi ki, özümü evdəki kimi hiss etdim. Orada xəstələndim, Mirvari mama, deyəsən, qızılgül mürəbbəsi ilə çay gətirmişdi. Hiss etdim ki, anamın sevgisi var o evdə”, – deyə Marta qeyd edib.

O, azərbaycanca danışmağı da, saz ifa etməyi də elə onlardan öyrənib.

Избранный
30
1
millitv.net

2Источники