Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində 2 nəfər hadisə yerində ölüb, 2 nəfər isə ağır yaralanıb. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır. (Mənbə: apa)