RU

Göygöldə ağır yol qəzası: “Mercedes” aşıb, ölənlər var

Göygöl rayonunda ağır yol qəzası baş verib. Hadisə Bakı–Qazax–Gürcüstan beynəlxalq avtomobil yolunun rayonun Bəhrambağ–Yeni Qızılca ərazisindən keçən hissəsində qeydə alınıb.
 
İlkin məlumata görə, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq dəmir maneəyə çırpılıb və aşıb.
 
Nəticədə avtomobildə olan 4 nəfərdən 2-si hadisə yerində ölüb, daha iki nəfər isə xəstəxanaya yerləşdirilib.
 
Hazırda ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.
 

 

Избранный
66
1
moderator.az

2Источники