ABŞ Venesuela ərazisinə mümkün hərbi əməliyyatlar üçün hazırlıq görür.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi peyk görüntülərinə əsasən məlumat yayıb.
Məlumata görə, 7 sentyabrda Puerto-Rikodakı, 20 ildən artıqdır istifadəsiz qalan Ruzvelt-Rouds hərbi-dəniz bazasında bərpa işlərinə başlanılıb. Ərazidə uçuş-enmə zolağına aparan yollar təmizlənir və yenidən örtülür.
Bundan əlavə, ABŞ Puerto-Rikodakı və ABŞ Virgin adalarına daxil olan Santa-Krus adasındakı mülki hava limanlarının infrastrukturunu genişləndirir. Hər iki ərazi Venesueladan təxminən 800 kilometr məsafədə yerləşir.