RU

O, 40 yaşında olsa da, ən yaxşı yarımmüdafiəçilərdən biridir Ançelotti

Sportal.az saytına istinadən ain.az xəbər verir.

Karlo Ançelotti hesab edir ki, Luka Modriçin heyətində olduğu “Milan” bu mövsüm A Seriyasını qazana bilər.

Sportal.az xəbər verir ki, hazırda Braziliya millisinin baş məşqçisi olan, “Milan” və “Real”ın sabiq baş məşqçisi Ançelotti bunları qeyd edib:

“Luka Modriç məni təəccübləndirmir, o, “Real”da bir dəfə də olsun məşqi buraxmayıb. Modriç elə bir bədən quruluşuna, genetikaya, ciddiyyətə, təcrübəyə və xarakterə malikdir ki, 40 yaşında olmasına baxmayaraq, hələ də ən yaxşı yarımmüdafiəçilərdən biridir.

“Milan” Modriçi transfer etməklə əla iş gördü, amma Alleqri komandaya böyük güc qatır və bu, ilk gündən aydın idi. “Milan” skudettonu qazana bilər. Onların Çempionlar Liqasında oynamaması isə, şübhəsiz ki, üstünlükdür".

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
54
1
sportal.az

2Источники