RU

Abşeronda yeniyetmə binadan yıxılaraq öldü

Abşeron rayonunda yeniyetmə çoxmərtəbəli binadan yıxılaraq həyatını itirib.

AzEdu.az xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən 17 mərtəbəli binada baş verib.

İlkin məlumata görə, 12-13 yaşlarında olan şəxs təxminən saat 13 radələrində binadakı mənzillərdən birinin balkonundan yıxılıb.

Nəticədə o, hadisə yerindəcə vəfat edib.

Избранный
43
14
azedu.az

10Источники