RU

Əraqçi: İsrail və ABŞ-nin zərbələrindən sonra zənginləşdirilmiş uranın taleyi bəlli deyil

BAKI, 3 noyabr. TELEQRAF

İran hakimiyyəti ABŞ və İsrailin ölkənin nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra 60 faiz dərəcəsində zənginləşdirilmiş uranın nə qədərinin salamat qaldığını bilmir.

Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazeera"ya müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, uran zərbələrdən əvvəl harada idisə, oradaca qalır, lakin demək olar ki, hamısı dağıntılar altındadır. Əraqçi qeyd edib ki, hakimiyyət şərait yaranmadan həmin materiala toxunmağı planlaşdırmır.

“Bizdə dəqiq məlumat yoxdur, 400 kiloqramdan nə qədəri salamat qalıb, nə qədəri məhv edilib,” - diplomat bildirib.

O, zərbələrin böyük dağıntılara səbəb olduğunu, çünki avadanlıqların və mexanizmlərin sıradan çıxdığını etiraf edib. Bununla belə, Əraqçi vurğulayıb ki, İranın nüvə texnologiyalarını bombalarla məhv etmək mümkün deyil, çünki “bilgi və texnologiyalar fiziki olaraq məhv edilə bilməz.”

Избранный
89
2
teleqraf.com

3Источники