RU

Tramp: “2028 seçkilərində iştirak etməyi düşünmürəm”

BAKI, 3 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp 2028-ci il prezident seçkilərində iştirak etməyəcyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Tramp "CBS News" telekanalına müsahibəsində bildirib.

“Mən bu barədə ümumiyyətlə düşünmürəm. Amma sizə deyə bilərəm ki, çoxları istəyir mən yenidən namizəd olum”, - o deyib.

Onun sözlərinə görə, Respublikaçılar Partiyasında kifayət qədər güclü namizədlər var. Lakin o, öz mümkün varisinin kim ola biləcəyini açıqlamaqdan imtina edib.

Bununla belə, Tramp bəzi siyasətçilərə rəğbətini ifadə edib: “Mən vitse-prezident Cey Di Vensi çox bəyənirəm. Dövlət katibi Marko Rubio da mənim xoşuma gəlir. Bizdə inanılmaz namizədlər var.”

Qeyd edək ki, ABŞ Konstitusiyasının 22-ci düzəlişinə əsasən, prezident vəzifəsində iki müddətdən artıq qalmaq qadağandır. Tramp 2024-cü ilin noyabrında keçirilmiş seçkilərdə ikinci dəfə qalib gəlmişdi.

Избранный
38
teleqraf.com

1Источники