RU

Ramiz Mehdiyevin dustaq edildiyi evə yalnız o gedə bilir

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə ona 4 aylıq ev dustaqlığı cəzası verilib.

Maraqlıdır, ev dustaqlığında olan Ramiz Mehdiyevi kimlər ziyarət edir, ümumiyyətlə, qanun yaxınlarının onunla görüşməsini qadağan edirmi?

Publika.az xəbər verir ki, mövcud qanunvericiliyə görə, ev dustaqları (elektron qolbaqla ev dustaqlığında olan şəxslər) müəyyən şərtlərlə yaxınları ilə görüşə bilərlər, lakin bu, məhkəmənin qərarından və nəzarəti həyata keçirən orqanın müəyyən etdiyi qaydalardan asılıdır.

Başqa sözlə, yaxın qohumların evə gəlməsi və görüşməsi adətən qadağan edilmir. Amma müəyyən hallarda bu qadağan edilə bilər. Belə ki, bu görüş istintaqın gedişinə təsir edə bilərsə, həmin təmaslara icazə verilmir.

Əgər şəxsə konkret qadağalar qoyulubsa (məsələn, evə gələnlərin siyahısı məhdudlaşdırılıbsa), bu zaman yalnız icazə verilən şəxslərlə görüşmək mümkündür.

Избранный
6
12
publika.az

10Источники