Bakı.Trend:
Ötən həftə 7 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Trend xəbərverir ki, bu barədə FHN məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftəərzində 10-u azyaşlı olmaqla 33 nəfər xilas edilib.
Həmçinin ötən həftə ərzində 2-si azyaşlı olmaqla 15 nəfərtəxliyə olunub, 4 nəfər xəsarət alıb, 7 nəfərin meyiti aidiyyətiüzrə təhvil verilib.