RU

Putinin şəxsi kitabxanasında görün nələr var FOTO

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putinin şəxsi kitabxanasında Ukrayna müharibəsi zamanı rus hərbçiləri tərəfindən vurulmuş alman istehsalı “Leopard” tankının bir parçası saxlanılır.

Globalinfo.az xəbər verir ki, bu barədə rus jurnalist Pavel Zarubin öz reportajında məlumat verib.

“Metal parçasının üzərində “Ali Baş Komandana, faşist tankının parçası” sözləri yazılıb və “58-ci Ordunun şəxsi heyətindən” qeyd edilib. Eksponat 2023-cü ildə Zaporojye vilayətindən gətirilib”, – deyə bildirilib.

Məlumata görə, Kremlin birinci binasında yerləşən prezidentin kitabxanasında hərbçilər tərəfindən göndərilən minlərlə kitab, şevron və digər hədiyyələr də var.

Burada, həmçinin Putinin ötən il canlı yayım zamanı təqdim edilən Sakit Okean Donanmasının 155-ci Dəniz Briqadasının bayrağı da mövcuddur.

Safura Bənnayeva

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
38
globalinfo.az

1Источники